"Roma" və "Napoli"dən minimalhesablı qələbə
31.08.2025 - 01:56
Futbol üzrə İtaliya A Seriyasında II turun oyunları davam edir.
"Apasport"un xəbərinə görə, 2-ci oyun günündə 4 görüş keçirilib.
"Bolonya" doğma meydanda "Komo"dan üstün olub 1:0.
"Atalanta" səfərdə "Parma" ilə 1:1-lik heç-heçəyə razı olub.
Son çempion "Napoli" "Dieqo Armando Maradona" stadionunda "Kaliyari"ni qəbul edib. 95-ci dəqiqədə Zamba Anquissanın qolu neapollulara 3 xal qazandırıb: 1:0.
Qasperininin "Roma"sı isə "Piza"nın qonağı olub. Canavarlar Nikolas Sülenin qoluyla səfərdən 3 xalla qayıdıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0