"Roma"nın baş məşqçisi bəlli oldu
18.09.2024 - 15:58
"Roma"nın baş məşqçisi bəlli oldu

Daniele De Rossi ilə yollarını ayıran "Roma"da yeni baş məşqçinin kimliyi bəlli olub. 

Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizi Romano məlumat yayıb. 

Onun sözlərinə görə, İtaliya klubu İvan Yuriçlə anlaşıb. 

Xorvatiyalı mütəxəssis sonuncu dəfə "Torino" klubunu çalışdırıb. Təcrübəli mütəxəssis İtaliya klubu ilə 122 matça çıxıb. 

0