"Roma"nın heyətində ciddi itki
16.09.2025 - 15:30

"Roma"nın futbolçusu Paulo Dibala sıradan çıxıb.
Apasport.az xəbər verir ki, 31 yaşlı oyunçunun sol ayağının bud nahiyəsində əzələsində gərginlik əmələ gəlib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Dibala bu mövsüm "Roma"nın heyətində 3 rəsmi matçda iştirak edib.
0
0