Ronaldo “Əl-Nəsr”i finala çıxarıb
02.05.2024 - 15:36
Ronaldo “Əl-Nəsr”i finala çıxarıb

Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinal matçında "Əl-Nəsr" "Əl-Xalid"i məğlub edib. 

Apasport.az xəbər verir ki, Kriştiano Ronaldonun 2 qol vurduğu qarşılaşmada “Əl-Nəsr” 3:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qolların müəllifləri 17 və 57-ci dəqiqələrdə Kriştiano Ronaldo, 37-ci dəqiqədə isə Sadio Mane olub. “Əl-Xalid”in yeganə qolu 82-ci dəqiqədə Fvaz Altryesdən gəlib.

Qeyd edək ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Kral Kubokunun finalında Jorje Jesusun çalışdırdığı “Əl-Hilal”la qarşılaşacaq.

0
Kral Kuboku final Əl-Nəsr Jorje Jesus Əl-Hilal Kriştiano Ronaldo