Ronaldo İsveçlə oyunu buraxacaq
19.03.2024 - 09:46
Ronaldo İsveçlə oyunu buraxacaq

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo İsveçlə yoldaşlıq oyununu buraxacaq. 

Apasport.az xəbər verir ki, millinin baş məşqçisi Roberto Martines dünya ulduzunu 23 nəfərlik heyətə daxil etməyib.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən təcrübəli forvardın Sloveniya ilə yoldaşlıq matçından əvvəl kollektivə qoşulacağı bildirilib.

Qeyd edək ki, Portuqaliya millisi martın 21-də İsveç, 26-da isə Sloveniya ilə üz-üzə gələcək.

0