Ronaldo karyerasındakı qol sayını 956-ya çatdırıb
27.12.2025 - 22:00
Ronaldo karyerasındakı qol sayını 956-ya çatdırıb

“Əl-Nəsr”in ulduz futbolçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında növbəti dəfə diqqət mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, portuqaliyalı hücumçu çempionatın 11-ci turu çərçivəsində “Əl-Ohud”a qarşı keçirilən oyunda 2 qol vurub. Ronaldo əvvəlcə 32-ci dəqiqədə hesabı açaraq komandasını önə çıxarıb. Ardınca qısa müddət sonra yenidən fərqlənən 39 yaşlı futbolçu özünün və komandasının ikinci qoluna imza atıb.

İlk hissə “Əl-Nəsr”in 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, bu dublla Ronaldonun klublar və Portuqaliya milli komandası ilə birlikdə vurduğu qolların ümumi sayı 956-ya çatıb.