Ronaldo: “Nə vaxt istəsəm, onda gedəcəyəm, siz istəyəndə yox”
05.07.2026 - 22:29
Ronaldo: “Nə vaxt istəsəm, onda gedəcəyəm, siz istəyəndə yox”

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo DÇ-2026-da İspaniya ilə oyun öncəsi mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.

Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu onun əsas heyətdə başlamasının müzakirə olunmasına sərt reaksiya verib.

“41 yaşımda əsas heyətdə başlamağım sual olunur? 23 ildir insanlar məni bitirməyə çalışırlar. Amma artıq bilirlər ki, vaxtlarını boş yerə sərf edirlər. Çalışırlar, çalışırlar, çalışırlar... Amma boşunadır. Mən buna öyrəşmişəm.

Karyeramı nə vaxt istəyirəmsə, onda bitirəcəyəm, siz istəyəndə yox. Meydanda oynasam da, ehtiyatda qalsam da, təsirim dəyişməyəcək.

Bu dünya çempionatını insanların ehtirası ilə xatırlayacağam. Burada hamımız birlikdəyik. Bu, xüsusi turnirdir və Dioqo Jota üçündür.

Sabah güclü komandaya qarşı oynayacağıq. Çətin olacaq, amma hazır olacağıq”, - deyə Ronaldo bildirib.

Qeyd edək ki, Portuqaliya DÇ-2026-nın 1/8 finalında İspaniya ilə qarşılaşacaq.