Ronaldo Portuqaliya millisinə qoşulacaq
22.03.2024 - 12:26
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 39 yaşlı mərkəz hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisinin növbəti oyununda iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə baş məşqçi Roberto Martinez 'ESPN' jurnalisti ilə söhbətində məlumat verib.
Ulduz bombardir tezliklə millinin olduğu yerə gələcək.
Xatırladaq ki, Kriştiano Portuqaliya millisinin dünənki İsveçlə yoldaşlıq oyununu buraxmışdı.
Qeyd edək ki, Martinezin komandası növbəti matçını martın 26-da Sloveniya millisi ilə keçirəcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
1
0