Ronaldo yenə zirvədə - İLK MİLYARDER FUTBOLÇU OLDU
08.10.2025 - 13:09

Portuqaliya millisi və "Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldo dünya tarixində ilk milyarder futbolçu adına sahib çıxıb.
Apasport.az xəbər verir ki, 38 yaşlı hücumçunun hazırki sərvəti 1,4 milyard dollar qiymətləndirilir.
Futbolçunun adı “Bloomberg Milyarderlər İndeksi” siyahısına daxil edilib.
Forvardın sərvətinin bir çox hissəsi klublardan qazandığı illik məvaciblərdən gəlir.
Qeyd edək ki, Ronaldonun "Əl-Nəsr"də illik 200 milyon avro gəlir əldə edir.
0
0