Ronaldonun komandası Entonini istəyir
08.08.2024 - 22:16
Ronaldonun komandası Entonini istəyir

Səudiyyə Ərəbistanının “Əl Nəssr” klubu “Mançester Yunayted”in ulduzu ilə maraqlanır.

Apasport.az xəbər verir ki, bu dəfə Entoni ərəblərin diqqət mərkəzinə düşüb.

Kriştiano Ronaldonun da formasını geyindiyi klub “Barselona”dan Rafinya ilə maraqlanırdı, lakin indi əsas hədəf portuqaliyalı ulduzun keçmiş komanda yoldaşıdır.

Entoni 2022-ci ildə 85 milyon sterlinqə “qırmızı şeytanların” heyətinə qoşulmuşdu. 

Qeyd edək ki, 24 yaşlı braziliyalı İngiltərə klubunun heyətində 82 oyun keçirib, 16 qol vurub.
 

0