Rudiger "Atletiko" ilə matçı buraxa bilər
03.02.2024 - 00:51
Rudiger "Atletiko" ilə matçı buraxa bilər

"Real"da ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Antonio Rudiger yenidən zədələnib.

O, fevralın 4-də baş tutacaq "Atletiko" ilə matçı buraxmaq riski ilə üzləşib. Futbolçu sol bud nahiyəsindən xəsarət alıb. 

Xatırladaq ki, Rudiger "Xetafe" ilə oyundan (2:0) sonra zədələnib.

0