Runi Çempionşip klubundan qovula bilər
03.12.2024 - 17:13
İngiltərə millisinin sabiq üzvü Ueyn Runi Çempionşip təmsilçisi "Plimut"un baş məşqçi postundan qovula bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi son oyunlardan narazı qaldığı üçün 39 yaşlı mütəxəssisi postundan uzaqlaşdırmağı düşünür.
Bu səbəbdən Çempionşipdə qarşıdan gələn "Oksford Yunayted" və "Suonsi" ilə matçlar Runi üçün son şans olacaq.
Qeyd edək ki, "Plimut" 17 xalla turnir cədvəlinin 21-ci pilləsində qərarlaşıb.
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
- Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"
- Messidən daha bir rekord - TARİXDƏ İLK DƏFƏ
0
0