Rusiya ilə oyun öncəsi Paraqvay millisində itki var
19.03.2024 - 13:56
"Torino"nun yarımmüdafiəçisi Antonio Sanabria Rusiya millisi ilə qarşıdakı yoldaşlıq görüşündə Paraqvay millisinə kömək etməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə Paraqvay Futbol Federasiyasının baş katibi Luis Kanonnikoff məlumat verib.
“Paraqvay millisində yalnız bir dəyişiklik var: Antonio Sanabria zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək. Bütün digər oyunçular matçda oynayacaqlar".
Qeyd edək ki, Rusiya və Paraqvay milliləri arasında oyun martın 25-də keçiriləcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
1
0