“Sabah” “Qarabağ”ı “taxtdan saldı” - YENİLƏNİB
18.12.2025 - 21:23
“Sabah” “Qarabağ”ı “taxtdan saldı” - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış oyun keçirilib.

Apasport.az xəbər verir ki, lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ın qonağı olub.

Masazırda baş tutan görüşə saat 19:30-da start verilib.

İlk hissə qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşsa da, ev sahibləri ardıcıl iki qol vuraraq oyunda geridönüş edib və 2:1 hesablı qələbə qazanıblar.

Bu nəticə ilə “Sabah” xallarının sayını 34-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Qarabağ” isə 33 xalla ikinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası
I turdan təxirə salınmış oyun

18 dekabr

19:30 Sabah – Qarabağ 2:1

Qol: Leandro Andrade, 10, Coy Lens Mikels, 53, Aron Maluda, 88

Baş hakim: Elçin Məsiyev