Sabiq "Beşiktaş"lı Premyer Liqaya qayıda bilər
05.09.2025 - 17:21
Sabiq "Beşiktaş"lı Premyer Liqaya qayıda bilər

"Beşiktaş"la müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verən Aleks Oksleyd-Çemberleyn yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Apasport.az xəbər verir ki, 32 yaşlı oyunçu ilə "Lids Yunayted" yaxından maraqlanır.

Bu barədə "Football Insider" məlumat yayıb.

Mənbənin məlumatına görə, komanda ingiltərəli yarımmüdafiəçi ilə danışıqlara start verib.

Qeyd edək ki, Aleks Premyer Liqada daha əvvəl "Southempton", "Arsenal" və "Liverpul" kimi komandaların şərəfini qoruyub.