Sabiq “Fənər”li MLS-də
01.04.2025 - 15:14
Sabiq “Fənər”li MLS-də

Daha əvvəl xəbər verdiyimiz kimi, Türkiyə klublarından “Fənərbaxça”nın keçmiş üzvü Ryan Kent karyerasını MLS-də davam etdirəcək.

Apasport.az xəbər verir ki, futbolçu “Sitl Saunders”lə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, “Fənər” 28 yaşlı oyunçu ilə ötən ilin oktyabrında qarşılıqlı razılaşma əsasında yollarını ayırmışdı.

Qeyd edək ki, ingiltərəli vinger karyerası ərzində “Fənərbaxça”dan əlavə “Liverpul”, “Frayburq”, “Reyncers” və “Barnsli” kimi komandaların şərəfini qoruyub.