Sabiq "Fənərbaxça"lının yeni ünvanı bəlli oldu
25.03.2025 - 21:35
Sabiq "Fənərbaxça"lının yeni ünvanı bəlli oldu

İsmail Kartalın dönəmində "Fənərbaxça"da oynamaq şansı tapa bilməyən və müqaviləsi ləğv edilən Rayan Kentin yeni komandası müəyyənləşib.

Apasport.az xəbər verir ki, ingilis futbolçu MLS təmsilçisi "Seattle Saunders"lə danışıqlar aparır. 

ABŞ təmsilçisi mövsümün qalan hissəsi üçün cinah oyunçusu ilə müqavilə imzalamağa çalışır. 

Qeyd edək ki, “Fənərbaxça”nın heyətində 19 matçda forma geyinən cinah müdafiəçisi Rayan Kent 3 qola imza atıb.