Hazırda karyerasını İspaniya La Liqası təmsilçilərindən “Sevilya”da davam etdirən Suso yayda komandadan ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, Əndəlüs klubu 31 yaşlı vingerlə müqaviləni yeniləməyəcək və o, mövsümün sonunda azad agent statusu qazanacaq.
Xatırladaq ki, futbolçu bundan əvvəl "Liverpul", "Almeriya", "Milan" və "Cenoa" kimi komandaların şərəfini qoruyub.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü bu mövsüm “Sevilya”nın heyətində 15 rəsmi oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu