Sabiq “Qalatasaray”lı Super Liqa klubunda - RƏSMİ
06.01.2026 - 00:17
“Qalatasaray”dan ayrılan Berkan Kutlunun yeni ünvanı bəlli olub.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu “Konyaspor”la anlaşma əldə edib.
Klubun mətbuat xidməti bu barədə məlumat yayıb.
Razılaşmaya əsasən, türkiyəli yarımmüdafiəçi mövsümün sonuna qədər Konya təmsilçisinin şərəfini qoruyacaq. Həmçinin müqavilədə 1 illik uzatma bəndi də yer alıb.
Qeyd edək ki, Berkan Kutlu karyerası ərzində “Sion”, “Alanyaspor” və “Bolonya” kimi komandaların da şərəfini qoruyub.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0