Sabiq qapıçı qadın aparıcının həyatını xilas edib - VİDEO
08.04.2025 - 12:15
Sabiq qapıçı qadın aparıcının həyatını xilas edib - VİDEO

Xorvatiya təmsilçilərindən "Dinamo Zaqreb"in sabiq qolkiperi İvan Kelava canlı yayım zamanı jurnalistin həyatını qurtarıb. 

Apasport.az xəbər verir ki, 37 yaşlı keçmiş qapıçı qonaq olduğu verilişlərdən birində qadın aparıcını təhlükədən xilas edib.

Belə ki, o, küləkli havada aparıcıya çırpılacaq işıq dirəyini son anda saxlayaraq baş verəcək bədbəxt hadisənin qarşısını alıb. 

Həmin görüntüləri təqdim edirik: