"Şalke"də yeni baş məşqçinin adına aydınlıq gəlib
30.05.2025 - 13:35
"Şalke"də yeni baş məşqçinin adına aydınlıq gəlib

Bundesliqa 2 təmsilçilərindən "Şalke"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Apasport.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb. 

Təcrübəli insayderin sözlərinə görə, komandaya Miron Musliç rəhbərlik edəcək. 

Yaxın günlərdə transferin açıqlanacağı gözlənilir. 

Qeyd edək ki, Musliç ilə daha əvvəl "Hall Siti", "Hannover", "Köln" kimi komandalar da maraqlanırdılar.