Azad agent statusunda olan Ceydon Sanço yeni klub axtarışını qışa qədər təxirə salıb.
Apasport.az xəbər verir ki, 26 yaşlı ingiltərəli futbolçu yayda “Mançester Yunayted”dən ayrıldıqdan sonra Avropa, Səudiyyə Ərəbistanı, MLS, Qətər və BƏƏ klubları ilə danışıqlar aparıb.
Lakin tərəflərdən heç biri ilə razılıq əldə olunmayıb.
Mənbənin məlumatına görə, Sanço uyğun təklif gəlməyəcəyi halda yanvar transfer pəncərəsinə qədər gözləməyə hazırdır.
İngiltərə millisinin sabiq vingerinin adı son günlər “Krasnodar”la da hallanıb. Vasitəçilər Rusiya klubu ilə əlaqə yaratsalar da, Sanço bu variantı ciddi şəkildə nəzərdən keçirməyib.
Qeyd edək ki, Sanço ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib. O, yayda “Mançester Yunayted”lə müqaviləsinin başa çatmasından sonra azad agent olub.
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”