Sane "Bavariya"da qalmaq istəyir
15.04.2024 - 11:56
Sane "Bavariya"da qalmaq istəyir

"Bavariya"nın hücumçusu Leroy Sane cari mövsümün sonunda klubu tərk etməyəcək. 

Apasport.az  Almaniyanın “Kicker” nəşrinə istinadən xəbər verir ki, yeni müqavilə ilə bağlı danışıqlar aparılacaq.

Mənbənin məlumatına görə, alman futbolçunun özü də başqa kluba getmək istəmir. Lakin hələ də komandasında onunla bağlı konkret qərar verilməyib. 

“Transfermarkt” portalı 28 yaşlı forvadın dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Bundesliqanın cari mövsümündə Sane “Bavariya”nın heyətində 38 oyun keçirib. O, 9 qol vurub, 13 məhsuldar ötürmə edib.

0