“Sent-Etyen”in baş məşqçisi bəlli olub
20.12.2024 - 21:32
Fransa Liqa 1 təmsilçisi “Sent-Etyen”in baş məşqçisi açıqlanıb.
Apasport.az xəbər verir ki, komanda Eyrik Hornelanda tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı çalışdırıcı ilə müqavilə 2027-ci ilin yayına qədər bağlanıb. Horneland bu vəzifədə Olivye Dalloqlionu əvəzləyib.
"Sent-Etyen" 13 xalla Liqa 1-in turnir cədvəlində 16-cı yerdədir. Horneland əvvəllər Norveçin “Brann”, “Rosenborq” və “Haqesund” komandalarını çalışdırıb.
0
0