Şeşko uğrunda mübarizədə “Arsenal”ın ciddi rəqibləri var
10.06.2025 - 08:53
"Leypziq"in hücumçusu Benjamin Şeşko nəhəng klubların radarına düşüb.
Apasport.az xəbər verir ki, sloveniyalıya əsas namizəd London "Arsenal"ı hesab olunsa da, "Çelsi" də futbolçu ilə maraqlanan klublar siyahısındadır.
İnsayder Fabritsio Romanonun sözlərinə görə, Səudiyyə Ərəbistanı klubları da 22 yaşlı futbolçunun transferində maraqlıdırlar.
Hazırda forvard karyerasını Avropada davam etdirmək variantlarına üstünlük verir, lakin onun gələcək karyerası qeyri-müəyyən olaraq qalır.
Şeşko ötən mövsüm “Leypziq”in heyətində 45 oyunda 21 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Haaland formasına görə qalmaqal – “Siti” Rikelmeni məhkəməyə verə bilər
- "Liverpul" təyinatı açıqlamağa hazırlaşır: İRAOLA İLƏ MÜQAVİLƏ İMZALANACAQ
- “Qalatasaray” qiyməti açıqladı – Davinson üçün 20 milyon avro
- Arda Gülerə növbəti mükafat: MÖVSÜMÜN QOLU - VİDEO
- "Yuventus"un hücum planı: VLAHOVİÇ GEDİR, SÖRLOT GƏLİR
0
0