Şimanskinin transfer qiyməti rekord səviyyəyə yüksəldi
27.02.2024 - 09:53
Şimanskinin transfer qiyməti rekord səviyyəyə yüksəldi

"Fənərbaxça" uğurlu futbolçusu Sebastian Şimanski üçün tələb olunan transfer haqqını yeniləyib.

Apasport.az "Sabah" qəzetinə istinadla xəbər verir ki, "sarı-lacivərdlilər" müştəriləri artan Şimanskinin transfer qiymətini rekord həddə çatdırıb.

"Bayer", "Arsenal", "Mançester Yunayted" və "Tottenhem"in iddialarından sonra Şimanski ilə ən son maraqlanan komandanın "Milan" olduğu qeyd olunub.

Daha əvvəl polşalı futbolçunun transfer qiymətini 20 milyon avro olaraq təyin edən "Fənərbaxça"nın bu rəqəmi 25 milyon avroya yüksəltdiyi bildirilib.

"Fənərbaxça" Şimanskini 25 milyon avroya satarsa, polşalı futbolçu "bülbüllər"in tarixinə ən yüksək qiymətli transfer satışı kimi düşəcək.

Qeyd edək ki, bu mövsüm bütün yarışlarda 40 matça çıxan Şimanski 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. 

0