"Siti"nin yeni 10 nömrəsi bəlli olub
14.08.2025 - 13:58

Cek Qrilişin "Everton"a keçidindən sonra "Mançester Siti"də 10 nömrəli formanın yeni sahibinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, "şəhərlilər"in yeni 10 nömrəsi Rayan Çerki olacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl 29 nömrəli formanı geyinən fransalı futbolçu, Qrilişin gedişindən sonra onun nömrəsini daşıyacaq.
Qeyd edək ki, 21 yaşlı vinger "Siti"yə yay transfer pəncərəsində "Lion"dan 36,5 milyon avroya transfer olunmuşdu.
0
0