“Atletiko Madrid”in hücumçusu Aleksandr Sorlot qış transfer pəncərəsində komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, 29 yaşlı forvardla Türkiyənin “Fənərbaxça” klubu maraqlanır.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisinin prezidenti Sadettin Saran transferin baş tutması üçün şəxsi təşəbbüs göstərəcək.
Xatırladaq ki, “sarı-lacivərdlilər” yay transfer pəncərəsində də Sorlotu heyətinə qatmaq istəyirdi, lakin o vaxt bu keçid baş tutmamışdı.
Qeyd edək ki, Norveç millisinin üzvü olan Aleksandr Sorlot daha əvvəl Türkiyənin Super Liqa klublarından “Trabzonspor”un heyətində çıxış edib.
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
- “Tottenhem” Hekkedən "əl çəkmir" – De Zerbi keçiddə israrlıdır