Spallettini gözləyən məhkəmə
19.08.2023 - 17:32
Spallettini gözləyən məhkəmə

İtaliya millisinin baş məşqçisi təyin olunan Luçano Spalletti ildə 3 milyon avro maaş alacaq

Apasport.az saytının məlumatına görə, “Napoli”nin sabiq çalışdırıcısı klubdakı ilə müqayisədə az qazanacaq.

O, çempion etdiyi Neapol təmsilçisində ilə 3,2 milyon avro maaş alıb. Amma 64 yaşlı mütəxəssis və İtaliya Futbol Federasiyası problemlə üzləşib.

Tərəflər müqavilə imzalasa da, “Napoli”nin tələb etdiyi 3 milyon avroluq kompensasiyanı ödəməyib. Klub rəhbərliyi anlaşma müddəti bitmədən postunu tərk edən mütəxəssisin yığmanın sükanı arxasına keçməsi üçün məhkəməyə şikayət edə bilər.

Qeyd edək ki, federasiya özünü kluba rəqib saymadığı üçün məbləği ödəməməyə qərar verib.
 

0