Əsrin ən məhsuldarları - Sadıqova yer tapılmadı
11.01.2022 - 11:02
Əsrin ən məhsuldarları - Sadıqova yer tapılmadı

XXI əsrin ən məhsuldar qapıçılarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına 2001-ci il yanvarın 1-dən sonrakı dövrdə ən azı 10 qol vuran qolkiperlər düşüb.

Buna dünyanın 18 qapıçısı nail olub. Cədvələ braziliyalı Rojerio Seni başçılıq edir. Braziliyalının hesabında 112 top var.

18 qapıçıdan 7-si əsrdə 20 və ya daha çox qol vurub. Azərbaycan futbolunun ən yaxşı bombardir qapıçısı Nizami Sadıqov “18-liy”ə düşməyib. Buna səbəb “Turan”da qolları sıralayan qolkiperin əsasən ötən əsrdə fərqlənməsi, XXI əsrdə az qol vurmasıdır.

1. Rogerio Seni (Braziliya) - 112
2. Conni Veqas (Peru) - 37
3. Vinsent Enyeama (Nigeriya) - 24
4. Alvaro Misael Alfaro (Salvador) - 21
5-7. Sebastyan Saja (Argentina) - 20
5-7. Dimitar İvankov (Bolqarıstan) - 20
5-7. Fernando Patterson (Kosta-Rika) - 20