[b]Süleymanov hazırlıq proqramını açıqladı: Bakıda 2, Türkiyədə 4 oyun[/b]
03.07.2018 - 13:25
[b]Süleymanov hazırlıq proqramını açıqladı: Bakıda 2, Türkiyədə 4 oyun[/b]

“Sumqayıt”ın yeni mövsüm üçün hazırlıq proqramı müəyyənləşib. Apasport.az xəbər verir ki, bu barədə yeni baş məşqçi Nazim Süleymanov klubun saytına açıqlamasında məlumat verib.

 

O bildirib ki, təlim-məşq toplanışının birinci mərhələsində 2 yoxlama görüşü keçirməyi planlaşdırırlar: “Yeni mövsümün hazırlıqlarına 29-30 iyun tarixlərində dənizdə kross qaçışı ilə başladıq. İyulun 1-dən etibarən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında toplu çalışmalara start verərək məşqləri davam etdiririk. Hazırlıqlara həm əvəzedici komandadan dəvət olunmuş futbolçular, həm də baxışda olanlar qatılıblar. Hələ ki, onları gözdən keçiririk. İyulun 15-nə kimi toplanışın ilk mərhələsi davam edəcək. Bu mərhələdə iki yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Rəqiblərdən biri “Sabah” olacaq. İkinci oyun üçün isə axtarışlarımız davam edir. “Sabah”la iyulun 11-də üz-üzə gələcəyik. Ayın 14-də qarşılaşacağımız rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək”.

 

Süleymanov hazırlığın ikinci mərhələsini isə Türkiyədə keçəcəklərini açıqlayıb: “İkinci yoxlama oyunundan sonra hazırlıq prosesinin 1-ci mərhələsi başa çatacaq. 2 günlük istirahətin ardından iyulun 16-da Türkiyənin Bolu şəhərinə yola düşəcəyik. Orda hazırlığın 2-ci mərhələsi üçün təlim-məşq toplanışına start verəcəyik. Qonşu ölkədə olduğumuz müddətdə 4 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Çalışacağıq ki, toplanışın sonuna qədər komandanı çempionata hazır vəziyyətə gətirək”.

0