"Çelsi"nin futbolçusu Rahim Sterlinq karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az "Fanatik"ə istinadla xəbər verir ki, "Beşiktaş" ingiltərəli vingeri heyətinə qatmağı planlaşdırır.
İstanbul təmsilçisinin baş məşqçisi Ule Qunnar Sulşer Sterlinqi komandasında görmək istəyir. Norveçli mütəxəssis 30 yaşlı futbolçu ilə əlaqə saxlayaraq onu "Beşiktaş"a dəvət edib.
Qeyd edək ki, Rahim Sterlinq ötən mövsüm icarə əsasında "Arsenal"da çıxış edib. İngiltərə millisinin sabiq üzvü ötən mövsüm "topçular"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 5 məhsuldar öötürmə ilə yadda qalıb.
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb