Super Liqa: "Beşiktaş" mövsümə qələbə ilə başladı
12.08.2024 - 01:20
Super Liqa: "Beşiktaş" mövsümə qələbə ilə başladı

Bu gün Türkiyə Super Liqasının 2-ci turunun növbəti oyunları keçirilib. 

Apasport.az xəbər verir ki, turun ikinci oyun günündə 3 matç baş tutub.

"Sivasspor" öz evində "Trabzonspor"u qəbul edib. Oyun başladığı hesabla da bitib - 0:0.

"Alanyaspor" - "Eyüpspor" görüşündə 64-cü dəqiqədə Samu Diaz qonaqları önə keçirsə də, 76-cı dəqiqədə Sergio Kordova komandasına 1 xal qazandırmağı bacarıb.

Günün əsas qarşılaşması Samsunda baş tutub. Meydan sahibi "Samsunspor" öz meydanında çempionluğa iddialı "Beşiktaş"ı qəbul edib. 31-ci dəqiqədə Rafa Silva və 36-cı dəqiqədə Qabriel Paulistanın qolları ilə 0:2 hesablı qələbə qazanan "ağ-qaralar" sensasiyaya icazə verməyib. 

Qeyd edək ki, Super Liqanın ilk turuna sabah yekun vurulacaq. 

0