Super Liqa klubunun adı dəyişdirilib
08.08.2024 - 22:36
Super Liqa klubunun adı dəyişdirilib

Türkiyə Super Liqasında mübarizə aparan "Sivasspor" klubunun növbəti mövsüm üçün adı dəyişdirilib.

Apasport.az xəbər verir ki, "ağ-qırmızılar" ad sponsoru kimi "Net Qlobal" şirkəti ilə razılaşıb.

Beləliklə, 2024-2025 sezonunda komanda "Net Qlobal Sivasspor" kimi adlanacaq.

Qeyd edək ki, "Net Qlobal Sivasspor" Super Liqada ilk matçını avqustun 11-də "Trabzonspor"a qarşı keçirəcək.

0