Super Liqada 3-cü pillənin sahibi bəlli oldu
01.06.2025 - 22:02
Türkiyə Super Liqasında sonuncu - XXXVIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
"Beşiktaş" səfərdə "Bodrumspor"u darmadağın edib - 4:0.
"Samsunspor" isə evdə "Kayserispor"u qəbul edib. Dramatik keçən görüşdə ev sahibləri hesabda 1:0 geri düşsələr də, 90+5 və 90+7-ci dəqiqədə fərqlənərək 3 xala sahib çıxıblar.
Beləliklə, ən yaxın rəqibi "Beşiktaş"ı 2 xal qabaqlayan "Samsunspor" 64 xalla mövsümü 3-cü pillədə başa vurub.
- “Yuventus” “Atletiko”nun hücumçusunu transfer etmək istəyir
- “Beşiktaş”ın sabiq baş məşqçisi Fransa klubuna keçir
- "Barselona" "Mançester Siti"nin müdafiəçisini transfer etmək istəyir
- Türkiyə - Belçika matçı bu kanalda - TV AFİŞA
- “Qalatasaray”ın vitse-prezidenti: “Osimhenin zədəsi xroniki xarakter daşıyır”
0
0