Super Liqada yeni baş məşqçi
13.10.2025 - 14:18
Super Liqada yeni baş məşqçi

Türkiyə Super Liqa klublarından "Eyüpspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Apasport.az xəbər verir ki, bu barədə "Eyüpspor" klubunun vitse-prezidenti Fatih Kulaksız məlumat yayıb. 

Klub rəsmisi Orhan Ak ilə prinsipial razılığa gəldiklərini bildirib. 

Qeyd edək ki, mövsümün 8 həftəlik dövründə 1 qələbə, 2 heç-heçə və 5 məğlubiyyət alan “Eyüpspor”un çalışdırıcısı Selçuk Şahin ötən günlərdə istefa verib.