Super Liqa nəhənglərindən "Fənərbaxça" Anderson Talişkanın transferini tamamlayıb.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" həm braziliyalı ulduzla, həm də "Əl-Nəsr"lə əl sıxışıblar.
"Fənərbaxça"nın Talişkaya ödəyəcəyi maaş və müqavilə detalları da açıqlanıb.
İstanbul təmsilçisi Talişkanı satın alma variantı ilə icarəyə götürəcək.
"Sarı-lacivərdlilər" Talişkanın 12 milyon avro maaşının yarısını ödəyəcək. Braziliyalının alış variantı 5 milyon avro olacaq. "Fənərbaxça" mövsümün sonunda Talişkanın komandada qalmasını istəyərsə, futbolçu ilə 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 3,5 il ərzində "Əl-Nəsr"in heyətində 104 matça çıxan braziliyalı 76 qol vurub, 10 məhsuldar ötürmə edib. O, 2016-2018- ci illərdə digər İstanbul klubu - "Beşiktaş"ın şərəfini qoruyub.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi