Taylandda faciə: Fransız futbolçu selfi çəkmək istədi, yıxılaraq öldü
08.01.2026 - 11:36
Taylandda faciəvi hadisə baş verib.
Apasport.az xəbər verir ki, fransız futbolçu Aleksis Verqos istirahət zamanı dünyasını dəyişib.
Məlumata görə, futbolçu sevgilisi ilə birlikdə adalardan birində tətil edərkən məşhur Na Muanq 2 şəlaləsini görməyə gedib. Orada Verqos dostu ilə birlikdə selfi çəkmək istəyərkən sürüşkən qayalardan yıxılıb.
Hadisə zamanı qız xilas olub. Lakin gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum futbolçunun çıxış etdiyi "Quimper" klubunun mətbuat xidməti Aleksis Verqosun vəfat etdiyini rəsmi şəkildə təsdiqləyib.
0
0