Terim "Fənərbaxça"da "gözdən düşən" futbolçunu istəyir
29.12.2024 - 14:34
Terim "Fənərbaxça"da "gözdən düşən" futbolçunu istəyir

Səudiyyə Ərəbistanı klublarından "Əl-Şabab"ın baş məşqçisi Fatih Terim "Fənərbaxça"nın 2 futbolçusu ilə maraqlanır.

Apasport.az xəbər verir ki, komandanı gücləndirmək üçün hərəkətə keçən Terim Cengiz Ünder və Samet Akaydını istəyir.

Təcrübəli mütəxəssis “Panatinaikos”u çalışdırdığı zaman da “Fənərbaxça”dan icarə əsasında Akaydını heyətinə qatmışdı. 

"Fənərbaxça"nın En-Nesridən əvvəl rekord məbləğdə - 15 milyon avro qarşılığında heyətinə qatdığı Cengiz Ünderlə bağlı hansı qərarı verəcəyi maraq doğurur. Sametin isə qış transfer dövründə komandadan ayrılacağı dəqiqləşib.

Akaydın bu mövsüm "Fənərbaxça"nın heyətində 7 matçda meydana çıxıb və 1 qola imza atıb. Cengiz Ünder isə 5 matçda 125 dəqiqə meydanda olub. 

Qeyd edək ki, Samet Akaydın avrokubok və Türkiyə çempionatının oyunlarında etdiyi fərdi səhvlərə görə azarkeşlərin qəzəbi ilə üzləşib. 

0