Terziç İtaliyanın top klubuna rəhbərlik edə bilər
18.09.2024 - 15:17
Terziç İtaliyanın top klubuna rəhbərlik edə bilər

Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Edin Terziç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bosniyalı mütəxəssis "Roma"nın yeni baş məşqçisi postuna namizədlərdən biri hesab olunur.

Xatırladaq ki, klub yeni mövsümə uğursuz başlayan Daniel de Rossidən ayrıldıqlarını bu gün rəsmən açıqlayıb.

İtalyan mütəxəssis bu ilin yanvarında "Roma"nın baş məşqçisi postunda Joze Mourinyonu əvəzləyib.

Qeyd edək ki, Terziç yayda "Borussiya Dortmund"u daxili münaqişə səbəbindən tərk etmişdi.

0