“Tottenhem” “Bavariya”nın üzvünü komandada saxlayacaq
15.06.2025 - 00:48
Bu mövsüm UEFA Avropa Liqasının qalibi olan “Tottenhem” heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda mövsümün ikinci yarısında “Bavariya”dan icarəyə götürdüyü Matyas Teli birdəfəlik transfer etmək niyyətindədir.
Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Premyer Liqa klubu 20 yaşlı hücumçu üçün Bundesliqa təmsilçisinə 35 milyon avro ödəməyi planlaşdırır.
Qeyd edək ki, fransalı futbolçu bu mövsüm “Tottenhem”in heyətində çıxdığı 20 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0