"Tottenhem" yeni hücumçu tapıb
25.03.2024 - 16:19
İtaliyanın “Cenoa” klubunun hücumçusu Albert Qudmundsonun İngiltərə Premyer Liqasında işləmək imkanı var.
Apasport.az xəbər verir ki, bu barədə "Tribal Football" portalı məlumat yayıb.
Məlumata görə, "Tottenhem" onun xidmətində maraqlıdır. "Spurs" nümayəndələri oyunçunun çıxışlarını izləyirlər. "Cenoa" Qudmundsonla 30 milyon avroya ayrılmağa hazırdırlar.
Qeyd edək ki, bu mövsüm hücumçu İtaliya çempionatında 27 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0