“Tottenhem”dən “Kristal Pelas”a
30.12.2025 - 21:19
“Tottenhem”dən “Kristal Pelas”a

“Tottenhem”in futbolçusu Brennan Conson qış transfer dövründə komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, “Kristal Pelas” 24 yaşlı vingerlə maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İddialara görə, hər iki klub futbolçunun transferi üçün 40 milyon avro məbləğində razılığa gəlib.

Keçidin rəsmiləşməsi üçün son qərarı isə oyunçunun özü verəcək.

Qeyd edək ki, Brennan Conson cari mövsümdə bütün turnirlərdə keçirdiyi 21 oyunda 4 qol vurub.