"Trabzonspor" 4 cavabsız qolla qalib gələrək "Beşiktaş"a rəqib oldu
09.05.2024 - 00:36
"Trabzonspor" 4 cavabsız qolla qalib gələrək "Beşiktaş"a rəqib oldu

Türkiyə Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün sonuncu finalçı müəyyənləşib. “Fatih Karagümrük”lə qarşılaşan “Trabzonspor” rəqib qapısından 4 cavabsız qol keçirib. Ümumi hesabda 7:2 qalib gələn trabzonlular finalda "Beşiktaş"a rəqib olub.

Həlledici oyun mayın 23-də keçiriləcək.

Türkiyə Kuboku
Yarımfinalın cavab oyunları

8 may

"Fatih Karagümrük" – "Trabzonspor" 0:4
Qollar: Onuaçu, 54. Funtas, 69. U.Bozok, 73; 77.
İlk oyun – 2:3.

0