"Trabzonspor" Avropa Liqası ilə vidalaşıb
15.08.2024 - 22:14

Türkiyənin "Trabzonspor" klubu UEFA Avropa Liqası ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, klub liqanın 3-cü təsnifat mərhələsi çərçivəsində Vyananın "Rapid" klubu ilə revanş matçına çıxıb.
Evdə rəqibinə 0:1 hesabı ilə uduzan "Trabzonspor" bu dəfə 0:2 hesabı ilə məğlub olub.
"Bordo-mavili" komanda Avropa macərasına Konfrans Liqasında davam edəcək.
Qeyd edək ki, Qara dəniz təmsilçisinin rəqibi "Slask" - "St. Qallen' cütünün qalibi olacaq.
0
0