“Trabzonspor” cinah oyunçusu ilə yollarını ayırır
08.05.2024 - 13:38
“Trabzonspor” cinah oyunçusu ilə yollarını ayırır

"Trabzonspor"un mövsümün əvvəlində heyətinə qatdığı və 1 illik müqavilə imzaladığı Nikolas Pepenin taleyi müəyyənləşib.

Apasport.az məşhur insayder Fabrizio Romanoya istinadla xəbər verir ki, Qara dəniz təmsilçisi kot d-ivuarlı futbolçu ilə yollarını ayıracaq.

“Trabzonspor” prezidenti Ərtoğrul Doğan mətbuata açıqlamasında büdcə uyğun olarsa Pepe ilə davam etmək istədiklərini vurğulayıb.

Qeyd edək ki oyunçu, Səudiyyə Ərəbistanından gələn təkliflərə baxmayaraq, karyerasını Avropada davam etdirmək istədiyini bildirib.

0