“Trabzonspor”-“Fənərbaxça” matçında baş verən hadisələrdən sonra 12 nəfər saxlanılıb.
Apasport.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.
"Dünən axşam Superliqada “Trabzonspor” “Fənərbaxça”nı qəbul edib. Futbol matçından sonra baş verən hadisələrlə bağlı ilkin araşdırmalara görə 12 nəfər saxlanılıb. Hadisələrlə bağlı istintaq davam edir”.
Qeyd edək ki, Türkiyə Superliqasının XXX turunda keçirilmiş "Trabzonspor" - "Fənərbaxça" qarşılaşmasından sonra meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra qələbəni qeyd edən oyunçulara hücum ediblər.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı