“Trabzonspor” mükafatlandırma mərasimində iştirak etmədi
15.05.2025 - 00:41
“Trabzonspor” mükafatlandırma mərasimində iştirak etmədi

Türkiyə Kubokunun final matçında "Qalatasaray" "Trabzonspor"u 3:0 hesabı ilə məğlub edərək çempion olub.

Apasport.az xəbər verir ki, oyundan sonra mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb.

Belə ki, “Qalatasaray” azarkeşləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu kubok mərasimi üçün meydana çıxdığı zaman etiraz ediblər.

Azarkeşlər TFF prezidentini fitə basaraq narazılıqlarını bildiriblər.

“Trabzonspor” komandası da öz növbəsində Türkiyə Futbol Federasiyasına etiraz olaraq Türkiyə Kubokunun mükafatlandırma mərasimində iştirak etməyib.