"Trabzonspor"dan Belçika klubuna
18.01.2026 - 10:45
"Trabzonspor"un ukraynalı hücumçusu Danilo Sikan Belçikanın "Anderlext" klubuna keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabunçuoğlu məlumat yayıb.
Klublar 24 yaşlı ukraynalı futbolçu üçün 4 milyon avroya transfer barədə razılığa gəliblər. Digər detallar hələlik məlum deyil.
Qeyd edək ki, Sikan bu mövsüm "Trabzonspor"da 16 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" ukraynalı futbolçunu 5 milyon avro dəyərində qiymətləndirir.
- Portuqaliya-Kolumbiya: Matçın ən yaxşı oyunçusu qapıçı oldu
- DÇ-2026: 1/16-da növbəti matç: Belçika-Seneqal
- Kolumbiya - Qana: DÇ-2026-da daha bir 1/16 final cütü bəlli oldu
- Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər
- Cənubi Koreya üçün DÇ-2026 bitdi - Pley-off şansını itirdi
0
0