Tudor daha 2 il “Yuventus”da - RƏSMİ
13.06.2025 - 19:57
İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" baş məşqçi İqor Tudorla yola davam edəcək.
Apasport.az xəbər verir ki, komanda xorvatiyalı mütəxəssisin müqaviləsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
47 yaşlı məşqçi 2027-ci ilin yayına kimi "qoca sinyora"ya rəhbərlik edəcək.
Qeyd edək ki, İqor Tudor bu ilin mart ayında "Yuventus"un baş məşqçisi təyin olunub.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0